Bakı, 9 oktyabr, Sporaz.tv
Bir müddət əvvəl hücuma məruz qalan Serhat Akın, Almaniyada məskunlaşmaq qərarına gəlib. Ayağından üçüncü əməliyyat keçirəcək Serhat Akın sağalma müddətindən sonra doğulub boya-başa çatdığı Almaniyaya qayıdacaq.
Sporaz.tv məlumat verir ki, “Fenerbahçe“(Fənərbağça)-nin və türkiyə millisinin sabiq futbolçusu Serhat Akına bir müddət əvvəl silahla hücum edilib. Yayımdan sonra silahlı hücum nəticəsində ayağından yaralanan Serhat Akın, iki dəfə əməliyyat olunub.
Ayağından növbəti əməliyyat olunacaq sabiq futbolçu, sağalma prosesindən sonra həyatında yeni səhifə açacaq.
Serhat Akın daimi olaraq Almaniyada məskunlaşacaq. Xəbərdə bildirilib ki, Serhat Akının atası, hücumdan sonra oğlundan Almaniyaya qayıtmasını istəyib. Sabiq milli futbolçunun da bu istiqamətdə qərar verdiyi və bundan sonra Almaniyada yaşayacağı bildirilib.
Serhat Akının ailəsi Almaniyada yaşadığı halda, övladları təhsillərini burada davam etdirirlər.