“Shrek” filminin yaranma səbəbi: Fransız güləşçi

Bakı, 10 sentyabr, Sporaz.tv

Ən sevilən animasyon filimlərindən “Shrek” əslində həqiqətdir.

Hekayənin qəhrəmani Maurice Tillet 1903-cü ildə Rusiyada dünyaya gələn bir Fransız idi. Normal şəkildə davam edən həyatı 17 yaşında dəyişdi.

Əlləri, ayaqları və başı anormal dərəcədə böyüdü. Bunun səbəbi sümüklərinin qalınlaşmasına səbəb olan şiş idi. 2 il sonra da “akromeqaliya” diaqnozu qoyuldu.

Ən böyük xəyalı yaraşıqlı bir aktyor olmaq idi. Xəstəliyindən sonra özünü idmana adadı. 1937-ci ildə başladığı profesional güləş karyerasını naliyyətlərlə doldurdu. Rəqiblərinə nəzərən həm mental həm də fiziki olaraq çox daha güclüydü. İki dəfə dünya ağırsikilet güləş çempionu oldu.

Başlarda görüntüsünə görə çirkin qarşılansa da, naliyyətləri və gülər üzünə görə ona “Mələk” deyirdilər.

1954-cü ildə ürək xəstəliyi səbəbi ilə vəfat etdi. 2001-ci ildə Oscar mükafatı qazanan Shrek, Mauricenin xatirəsini bütün dünyaya tanıtdı.

Rejissorlar Mauricedən ilhamlandıqlarını açıq şəkildə deməsələr də, edilən bənzətmələrlə Fransız güləşçi yenidən dünyada tanınar hala gəldi.

Suna Jafarli

Leave a Reply