Sevilladan En-Nesyri transferi ilə bağlı açıqlama

Bakı, 15 iyul, Sporaz.tv

Sevilla“nın idman direktoru Victor OrtaFenerbahçe“nin transfer gündəmində olan mərakeşli futbolçu Youssef En-Nesyriə edilən təkliflərdən danışıb.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”nin transfer gündəmində olan mərakeşli hücumçu Youssef En-Nesyrinin Sevilladakı gələcəyi ilə bağlı İspaniya klubundan mühüm açıqlama gəlib.

“Sevilla”nın idman direktoru Viktor Orta yeni transferlər Peque Fernandez və Albert Sambi Lokonqanın imzalanma mərasimində mətbuatın suallarını cavablandırıb.

Orta, adı “Fenerbahçe” ilə də hallanan En-Nesyri ilə bağlı transfer xəbərləri ilə bağlı suala belə cavab verib:

“Avropa komandalarından çoxlu maraq var, amma bizi sevindirən heç nə yoxdur”.-dedi.

“Biz En-Nesyri’nin Sevilla üçün nə demək olduğunu, statistikasını, qol vurma qabiliyyətini və hansı kateqoriyalı oyunçu olduğunu bilirik.”-deyə bildirib.

“Bu gün bəyəndiyimiz təklif yoxdur və bu barədə qərar verməliyik”.

27 yaşlı futbolçunun “Sevilla” ilə daha 1 illik müqaviləsi var. Əvvəlki mövsümdə 41 matçda meydana çıxan mərakeşli mərkəz forvardı 20 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.