“Sevilla” transferi rəsmən açıqlayıb

Bakı, 31 iyul, Sporaz.tv

SevillaYoussef En-Nesyrinin “Fenerbahçe“yə transferindən sonra sonuncu dəfə “Leicester City“də çıxış edən Kelechi Iheanacho ilə hücum xəttini gücləndirib.

Sporaz.tv xəbər verir ki, Youssef En-Nesyrinin “Fenerbahçe”yə transferindən sonra “Sevilla” hücum xəttinə ilk möhkəmlətməni etdi.

“Sevilla” son vaxtlar “Lester Siti”də çıxış edən Kelechi Iheanachonu heyətinə qatdığını açıqlayıb. İspaniya komandası nigeriyalı hücumçu ilə 2 illik müqavilə imzalayıb.

Kelechi Iheanacho ötən mövsüm “Leicester City”nin heyətində 26 oyun keçirib. 1111 dəqiqə meydanda olan 27 yaşlı futbolçu 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bahar Rüstəm