“Sevilla” Sergio Ramosla yollarını ayırıb

Bakı, 17 iyun, Sporaz.tv

Sevilla” müqaviləsi başa çatan Sergio Ramosla yollarını ayırdıqlarını açıqlayıb. 38 yaşlı müdafiəçinin yeni marşrutunun MLS olacağı iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, Ötən mövsümün əvvəlində “PSG”dən ayrılaraq məşq etdiyi “Sevilla”ya yollanan Sergio Ramos İspaniya komandasından ayrılıb.

“Sevilla”dan verilən açıqlamada müqaviləsi başa çatan Sergio Ramosla yollarını ayırdıqları bildirilib. Klub, həmçinin çərşənbə axşamı Ramosun vida görüşü keçirəcəyini də açıqlayıb.

Adı MLS komandaları ilə hallanan Sergio Ramosun yeni ünvanının “San Diego FC” olacağı iddia edilib. Ramos ötən mövsüm “Sevilla”nın heyətində 37 oyun keçirib. Təcrübəli müdafiəçi bu matçlarda 3301 dəqiqə meydanda olub və 7 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm