Sesko imzanı atdı

Bakı, 12 iyun, Sporaz.tv

Almaniya Bundesliqa komandalarından biri olan Leipzig (Leyptsiq)-də çıxış edən gənc hücumçu Benjamin Sesko, klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzadıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm göstərdiyi performansla diqqət çəkən sloveniyalı hücumçu, mövsümü 42 matçda 18 qol, 2 məhsuldar ötürmə ilə başa vurub.

Gənc hücumçunun adı son aylarda Premyer Liqa komandaları Chelsea (Çelsi), “Arsenal” və Manchester United (Mançester Yunayted)-də hallanır.

21 yaşlı hücumçu Sloveniyanın AVRO-2024-ün heyətində yer alıb.