Serhat Akına hücumla bağlı 6 şübhəli ədliyyədədir

Bakı, 30 sentyabr, Sporaz.tv

Serhat Akına qarşı silahlı hücumda şübhəli bilinən 6 nəfər polis bölməsindəki əməliyyatların ardından Beykoz Ədliyyəsinə aparılıb.

Sporaz.tv xəbər verir ki, Beykozda keçmiş milli futbolçu Serhat Akına silahlı hücumla bağlı saxlanılan 6 şübhəli ədliyyəyə sövq edilib.

Serhat Akının silahlı hücumda ayağından xəsarət alması ilə bağlı Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.

İstintaq çərçivəsində saxlanılan və hadisədə motosikleti idarə etdiyi iddia edilən O.M və tapançadan atəş açdığı iddia edilən O.D. və M.A, İ.T, Y.G. və M.A-nın polis bölməsindəki əməliyyatları başa çatıb.

Şübhəlilər əməliyyatlarının ardından Beykoz Ədliyyəsinə aparılıb.

Bahar Rüstəm