“Sergio Ramos”la razılıq əldə olunub

Bakı, 29 avqust, Sporaz.tv

Sonuncu dəfə “Sevilla“(Sevilya)-da çıxış edən 38 yaşlı Sergio Ramos Səudiyyə Ərəbistana yollanır. “Al-Orobah”(Əl-Oroba)-ın Sergio Ramosla anlaşdığı iddia edilir.

2023-24 mövsümündə məşq etdiyi “Sevilla”-a qayıdan Sergio Ramos karyerasında yeni səhifə açır.

Sergio Ramos, Səudiyyə Ərəbistanı komandalarından olan “Al-Orobah“la anlaşıb. Təcrübəli müdafiəçinin transferinin qısa müddətdə rəsmən açıqlanacağı bildirilirdi.

“Sevilla”nın altqrupunda yetişən Sergio Ramos, 2005-06 mövsümünün əvvəlində 27 milyon avroya “Real Madrid”ə transfer olunub.

16 illik “Real Madrid” macərasından sonra Ramos, 2021-ci ildə “PSG“-yə keçib və 2 mövsüm Fransa nəhəngində çıxış edib.

Sergio Ramos karyerası ərzində 1 Dünya Kuboku və 4 Çempionlar Liqası da daxil olmaqla ümumilikdə 29 kubok qazanıb.