“Sergio Ramos” karyerasını hansı klub ilə davam etdirəcək?

Bakı,14 may,Sporaz.tv

İspaniyanın “Sevilla” klubunun futbolçusu “Sergio Ramos” karyerasını ABŞ-də davam etdirə bilər.

Sporaz.tv xarici mediaya istinadən məlumat verir ki, 2025-ci ildə MLS-də debüt edəcək “San Diego” 38 yaşlı müdafiəçi ilə maraqlanır.

Təcrübəli oyunçu “Sevilla” ilə müqaviləni yeniləmək istəmir. Onun başqa təklifləri də var, lakin ABŞ təmsilçisi ilə danışıqlar inkişaf mərhələsindədir.

Qeyd edək ki, Ramos cari mövsüm La Liqada 25 oyuna çıxıb və 3 qola imza atıb.

Mənbə:Report