Sergio Oliveiradan sürpriz qərar

Bakı, 8 avqust, Sporaz.tv

Galatasaray” göndəriləcək futbolçular siyahısında ilk sırada olan Sergio Oliveira üçün təklifləri dəyərləndirir. Lakin portuqaliyalı futbolçudan sürpriz hərəkət gəlib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”dan ayrılacağı dəqiq hesab edilən Sergio Oliveiranın “sarı-qırmızılı” klubda karyerasını davam etdirmək istədiyi iddia edilib.

“Galatasaray”la 2026-cı ilə qədər müqaviləsi olan Sergio Oliveira müqaviləsini tamamlamadan “Galatasaray”dan ayrılmaq istəmir. “Galatasaray” isə 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirir.

Serxio Oliveyra 58 dəfə “Galatasaray”ın formasını geyinib. Təcrübəli futbolçu bu görüşlərdə 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bahar Rüstəm