Sergio Oliveiradan “Galatasaray” qərarı

Bakı, 20 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-da gələcəyi maraq doğuran Sergio Oliveiranın gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.

Sporaz.tv məlumat verir ki, heyət planlamasını davam etdirən “Galatasaray”da gələcəyi qeyri-müəyyən olan Sergio Oliveiranın sarı-qırmızılı klubdan ayrılmaq istədiyi iddia edilib.

Nicola Schiranın sözlərinə görə, Sergio Oliveira, daha çox oyun vaxtı əldə edə biləcəyi komandaya transfer olmaq istəyir.

“Galatasaray”la 2026-cı ilə qədər müqaviləsi olan futbolçunun gələcəyinin necə formalaşacağı maraq doğurur.

Sergio Oliveira ötən mövsüm 24 matçda “Galatasaray”ın formasını geyinib.

Oliveira bu matçlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.