Serdar Dursunun Ferdi Kadıoğlu proqnozu gerçəkləşdi

Bakı, 5 sentyabr, Sporaz.tv

Fenerbahçe“dən ayrılaraq “Alanyaspor“a keçən Serdar Dursun Ferdi Kadıoğlu ilə bağlı təəccüblü etiraflar edib. Təcrübəli hücumçu daha əvvəl Ferdi Kadıoğlunun “Brighton“a keçidini proqnozlaşdırdığını bildirib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin sabiq hücumçularından Serdar Dursun Ferdi Kadıoğlunun “Brighton”a keçidindən danışıb. Fanatikə danışan Serdar Dursunun açıqlamaları belədir:

“Ferdi, mənim kimi, Vitor Perreira dövründə çox forma şansı tapa bilməyib. Amma sonra 2021-ci ildən matçlara çıxa bildi, çox yaxşı çıxış etdi. O, özünü çox təkmilləşdirib. “Brighton”a getməzdən əvvəl həyat yoldaşımla ‘Hansı komandaya gedəcək? deyə siyahı hazırladıq, “Brighton” dedim. Daha sonra “Brighton”un məşqçisi Fabian Hürzeler iyunda mənə zəng edərək məlumat aldı. Bundan sonra Ferdiyə zəng etdim. Mənə dedi ki, “Bəli, məni istəyirlər”.

Bahar Rüstəm