Serdar Azizdən paylaşım

Bakı, 8 iyul, Sporaz.tv

Fenerbahçe“nin yeni mövsüm planlarına daxil edilməyən və düşərgəni tərk edən Serdar Aziz sosial media hesabından məsələ ilə bağlı paylaşım edib.

Sporaz.tv xəbər verir ki,  “Fenerbahçe” ilə yollarını ayırmağa hazırlaşan Serdar Aziz sosial media hesabında məsələ ilə bağlı paylaşım edib.
Serdar Aziz aşağıdakı ifadələrdən istifadə edib:

“Məlum olduğu kimi 5 il yarım şərəflə geyindiyim hörmətli klubum olan “Fenerbahçe Spor Klübü”dən bugünkü son görüşümüz nəticəsində ayrılma prosesinə girdim. Hörmətli prezidentim, hörmətli Ali.Koç, bu prosesdə göstərdikləri anlayışa görə hörmətli cənab Acun Ilıcalıya və baş məşqçimiz cənab Jose Mourinhoya xüsusi təşəkkür və hörmətimi bildirirəm.”

Bahar Rüstəm