Serdar Aziz İstanbulda qalıb

Bakı, 12 iyul, Sporaz.tv

Fenerbahçe“nin atdığı Serdar Azizin yeni komandası formalaşır. İstanbul komandasının Serdar Azizin transferini açıqlamağa hazırlaşdığı iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, Serdar Azizin 5,5 illik Fenerahçe macərası sona çatır.

Sarı-göylülər daha bir il müqaviləsi olan təcrübəli müdafiəçini yeni mövsüm planlarından çıxarıb və futbolçuya transfer danışıqları üçün icazə verib.

“Fenerbahçe”nin Avstriya düşərgəsindən ayrılan Serdar Azizin yeni komandası da formalaşır.

Ötən gün 33 yaşlı futbolçu ilə bağlı Çaykur Rizespor ilə bağlı iddialar irəli sürülüb.

Başakşehir Serdar Əzizin yerinə keçib və təcrübəli müdafiəçinin transferini açıqlamağa hazırlaşır.

Bursaspor“un infrastrukturunda yetişən Serdar Aziz 2016-17 mövsümünün əvvəlində “Galatasaray”a 4,5 milyon avroya transfer olunub.