Serbiya İsveçi üç fərqlə məğlub etdi

Bakı, 8 iyun, Sporaz.tv

AVRO 2024 hazırlıqları çərçivəsində keçirilən matçda Serbiya İsveçi 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmada “Fenerbahçe“də çıxış edən Dusan Tadic də fərqlənib.

Sporaz.tv xəbər verir ki, “Friends Arena”da keçirilən yoldaşlıq görüşündə Serbiya və İsveç milliləri üz-üzə gəlib. Matçda Serbiya 3 qolla qalib gəlib.

Serbiyaya qələbə qazandıran qolları 18-ci dəqiqədə Milinkovic-Savic, 60-cı dəqiqədə Mitrovic və 70-ci dəqiqədə Dusan Tadic vurub. Qarşılaşmaya ilk 11-də başlamayan Dusan Tadic 61-ci dəqiqədə oyuna qoşulub.

Serbiya AVRO-2024 C qrupunda İngiltərə, Sloveniya və Danimarka ilə qarşılaşacaq.

Bahar Rüstəm