Şenol Güneş 11 ildən sonra “Trabzonspor”a qayıdıb

Bakı, 4 sentyabr, Sporaz.tv

Şenol Güneş məşqçilik karyerasında 5-ci dəfə “Trabzonspor“a rəhbərlik edəcək. Güneş sonuncu dəfə 2012-13 mövsümündə “bordo-mavililər”i çalışdırıb.

Sporaz.tv xəbər verir ki, “Trabzonspor”un anlaşdığı baş məşqçi Şenol Güneş 11 ildən sonra 5-ci dəfə vətənə dönüb.

2009-10 mövsümünün 15-ci həftəsində “Ankaragücü” matçı öncəsi 4-cü dəfə “Trabzonspor”a təyin olunan və 2012-13 mövsümünün 19-cu həftəsində “Elazığspor”a səfərdə 3:1 hesablı məğlubiyyətə qədər xidmət edən Şenol Güneş start götürəcək.

2013-cü il yanvarın 27-də “Elazığspor”a məğlubiyyətdən sonra tünd qırmızı-mavi komandadakı işindən ayrılan Güneş, təxminən 12 ildən sonra yenidən köhnə komandasında çalışacaq.

Güneşin 4-cü dönəmində 113 liqa matçına çıxan “bordo-mavili” komanda 57 qalibiyyət, 32 heç-heçə və 24 məğlubiyyətlə 1 Türkiyə Kuboku və 1 Super Kubok qazanıb.

Güneşin gedişindən sonra “bordo-mavililər”də 14 məşqçi çalışıb.

Sözügedən dövrdə Tolunay Kafkas, Mustafa Reşit Akçay, Hami Mandıralı, Vahid Halilhodzic, Ersun Yanal, Şota Arveladze, Sadi Tekelioğlu, Rıza Çalımbay, Ünal Karaman, Hüseyin Çimşir, Eddie Newton, Orhan Ak, Nenad Bjelica ve Abdullah Avcı vəzifədə olub.

Bahar Rüstəm