Semih Kılıçsoyun təklifinə cavab

Bakı,31 may,Sporaz.tv

Stuttgart (Ştutqart) bu mövsüm göstərdiyi performansla Avropa komandalarının radarında olan Semih Kılıçsoyu gözaltı edib.

Sporaz.tv xəbər verir ki, Almaniya komandasının milli futbolçu üçün təklif etdiyi və “Beşiktaş“ın bu təklifə cavab verdiyi iddia edilib.

Talibləri günü-gündən artan Semih Kılıçsoy üçün bir müddət əvvəl Premyer Liqada 15 milyon avroluq təklif gəldiyi iddia edilib.
“Beşiktaş” rəhbərliyi bu təklifin aşağı olduğunu əsas gətirərək rədd edib.

Alman komandası Semih Kılıçsoy üçün “Beşiktaş”a bonuslar da daxil olmaqla 20 milyon avro təklif edib.


Beşiktaş isə bu rəqəmin bir az da artırılmasını və növbəti satış bəndindən payın əlavə edilməsini istəyib.Ştutqart bu şərtləri qəbul edərsə, iki klub transfer üçün danışıqlar apara bilər.


Semih Kılıçsoy bu mövsüm “Beşiktaş”ın heyətində 35 oyun keçirib.18 yaşlı futbolçu bu matçlarda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.