Semih Kılıçsoya Bundesliqadan talib var

Bakı, 1 iyul, Sporaz.tv

Bundesliqa təmsilçisi “Stuttgart” “Beşiktaş“ın gənc istedadı Semih Kılıçsoy üçün hərəkətə keçib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın transferdə sevimli adı olan ulduz futbolçu Semih Kılıçsoyun daha bir talibi ortaya çıxıb. Türkiyə Milli Komandası ilə AVRO-2024-də iştirak edən Semih Kılıçsoyla Almaniya komandası maraqlanır.

Gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Stuttgart” Semih Kılıçsoyun vəziyyətini yaxından izləyir.

Beşiktaş 20 milyon avrodan çox transfer haqqı gözlədiyi üçün “Stuttgart” transferdə çətinlik çəkə bilər.

“Beşiktaş”ın prezidenti Hasan Arat tərəfindən minimum 25 milyon avro dəyərində qiymətləndirilən gənc futbolçunun gənclər komandasından ayrıldığı “Beşiktaş”la daha 4 illik müqavilə imzalanıb.

Semih Kılıçsoy ötən mövsüm “Beşiktaş”ın heyətində 35 oyun keçirib. Gənc ulduz bu matçlarda 12 qol və 3 məhsuldar ötürmə ilə çıxış edib.

Bahar Rüstəm