Semih Kılıçsoy üçün ilk ciddi təklif

Bakı, 12 iyul, Sporaz.tv

Beşiktaş“ın gənc futbolçu Semih Kılıçsoy üçün 18 milyon avroluq təklif aldığı iddia edilib. Qara-ağların bu təklifi rədd etdiyi bildirilib.

 Sporaz.tv məlumat verir ki, Astronomik transfer qiyməti gözlənilən Semih Kılıçsoy üçün ilk ciddi təklifi Beşiktaşın aldığı bildirilib.

Aston Villa” Semih Kılıçsoy üçün “Beşiktaş”a 18 milyon avro təklif edib.

İngiltərə Premyer Liqa komandasının Alex Morenoya 18 milyon avrodan əlavə “Beşiktaş”a təklif etdiyi, Semihə isə bir mövsüm daha icarə əsasında “qara-ağlar”da qalmağı təklif etdiyi vurğulanıb.

Gənc hücumçudan daha yüksək transfer gəliri gözləyən “Beşiktaş”ın təklifi rədd etdiyi bildirilib.

2023-24 mövsümündə “Beşiktaş”la ümumilikdə 35 matça çıxan Semih Kılıçsoy 12 qol vurub, 3 məhsuldar ötürmə edib.