Semih Kılıçsoy nəhənglərin radarındadır

Bakı,10 iyun,Sporaz.tv

Bu mövsüm Beşiktaşdakı çıxışı ilə Avropa nəhənglərinin diqqətini çəkən Semih Kılıçsoy üçün təəccüblü iddia gəlib. Alman mətbuatı “Bavariya“nın gənc ulduzun arxasınca düşdüyünü iddia edib.

“Beşiktaş”ın futbolçusu Semih Kılıçsoy Avropa komandalarının diqqətini çəkməyə davam edir.

Tarixlərinin ən çətin mövsümlərindən birini geridə qoyan “ağ-qaralar”ın gənc futbolçusu oynadığı futbol və vurduğu qollarla qərəzli münasibətdən asılı olmayaraq hər kəsin rəğbətini qazanıb.

18 yaşındakı performansı ilə böyük komandaların radarına düşən Semih Kılıçsoy üçün mühüm iddia ortaya atılıb.

Alman mətbuatı 2011-2012-ci illərdən sonra ilk dəfə bir mövsümü kuboksuz başa vuran “Bavariya”nın milli futbolçunu gündəmə gətirdiyini iddia edib.

Gənc ulduzla “Bavariya”dan başqa, “Manchester City“, “Arsenal“, “Paris Sen-Jermen”, “Monako“, “Bayer” və “Stuttgart”ın da maraqlandığı bildirilib.

Vinçenzo Montella tərəfindən Türkiyənin AVRO-2024-ün heyətində yer alan Semih Kılıçsoy bu mövsüm “Beşiktaş”ın heyətində 35 matçda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.

Gənc futbolçunun ağ-qaralar ilə 2028-ci ilə qədər müqaviləsi var.