Semih Kılıçsoy AVRO 2024-də nəhənglərin nəzarətində

Bakı, 18 iyun, Sporaz.tv

Beşiktaş“ın gənc istedadı Semih Kılıçsoyun Türkiyə Milli Komandasının formasını geyinəcəyi AVRO 2024-də Avropanın aparıcı klublarının radarında olacağı iddia edilib. Semihdən sonra gələn komandalar arasında “Real Madrid”in də olduğu iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, Türkiyə Milli Komandasının forması ilə AVRO-2024-də nümayiş etdiriləcək “Beşiktaş”ın gənc hücumçusu Semih Kılıçsoyun ardınca Avropanın nəhəng klublarının gələcəyi iddia edilib.

Ötən mövsümün ikinci yarısında “Beşiktaş”da fərqlənən Semih Kılıçsoyu komandada saxlamaq çətin olacaq.

Güclü bədən quruluşu və vurduğu qollarla alqışlanan uğurlu hücumçunu Avropanın aparıcı klubları izləyib.

Milli komanda ilə AVRO-2024-ə yollanan 18 yaşlı futbolçu Almaniyada çıxış edəcək. İngiltərə mətbuatı Premyer Liqanın üç böyük klubu olan “Manchester City”, “Arsenal” və “Tottenham”in müşahidəçilərinin Türkiyənin oynayacağı matçlarda Semihi izləyəcəyini yazıb.

“Fenerbahçe”dən Arda Güləri transfer edərək İspaniyanı silkələyən “Real Madrid”in də siyahısında olduğu deyilən Semih oynamaq şansı qazanacağı təqdirdə özünü sübut etməyə çalışacaq.

“Beşiktaş”ın prezidenti Hasan Arat tərəfindən minimum 25 milyon avro dəyərində qiymətləndirilən gənc futbolçunun gənclər komandasından ayrıldığı “Beşiktaş”la 4 illik müqaviləsi var.

Bahar Rüstəm