Sebastian Szymanski gecədə iz buraxıb

Bakı, 6 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin ulduzu Sebastian Szymanski UEFA Millətlər Liqasında Şotlandiya – Polşa matçına damğasını vurub. 5 qolun qeydə alındığı matçda pərdəni açan Szymanski komandasının ən yaxşılarından olub.

Sporaz.tv xəbər verir ki, UEFA Millətlər A Liqasının 1-ci qrupunda Şotlandiya və Polşa milliləri üz-üzə gəlib. “Fenerbahçe”də çıxış edən Sebastyan Szymanski çıxışı ilə heyran olub.

Qarşılaşmaya ilk 11-də başlayan Szyimanski 82 dəqiqə meydanda qalıb. Polşanın Şotlandiyanı səfərdə 3:2 hesabı ilə məğlub etdiyi matçda cərimə meydançası xaricindən vurduğu gözəl qolla pərdəni açan ad Sebastyan Szymanski olub.

8-ci dəqiqədə komandasını önə keçirən Szymanski Polşanın ən nüfuzlu adlarından biri olub. 25 yaşlı futbolçunun Şotlandiya matçında digər statistik göstəriciləri belədir: 71 faiz dəqiq ötürmə, 100 faiz dəqiq uzun ötürmə, ikili mübarizə 6/8.

Bahar Rüstəm

Leave a Reply