Scott McTominayyın transfer qiyməti müəyyənləşib

Bakı, 13 avqust, Sporaz.tv

İngiltərə Premyer Liqa komandası Manchester United (Mançester Yunayted), Scott McTominayın transfer qiymətini 25 milyon funt sterlinq olaraq təyin edib. Bildirilib ki, McTominayın vəziyyəti transferin son həftəsinə qədər həll olunmaya bilər.

Sporaz.tv xəbər verir ki, Cümə günü Premyer Liqada yeni mövsümün ilk matçına çıxacaq olan Scott McTominayın Manchester United (Mançester Yunayted)-dəki gələcəyi hələ dəqiq deyil.

Manchester United (Mançester Yunayted)-in baş məşqçisi Erik ten Hag, təcrübəli yarımmüdafiəçini komandada saxlamaq istədiklərini bildirib və gələcək təkliflərdən asılı olaraq vəziyyətin dəyişə biləcəyini qeyd edib.

Premyer Liqadan “Fulham”dan başqa, A Seriya komandası “Napoli”nin də Scott McTominay ilə maraqlandığı bildirilib.

Fenerbahçe (Fənərbaxça) və Galatasaray (Qalatasaray)-ın da Scott McTominay üçün təklif etdiyi, Manchester United (Mançester Yunayted)-in isə 25 milyon lirəyə yaxın transfer əvəzi qarşılığında ayrılığa razılıq verə biləcəyi qeyd edilib.

Manchester United (Mançester Yunayted)-də Scott McTominaydan başqa 4 futbolçunun vəziyyəti qeyri-müəyyən olaraq qalır.

Erik ten Hagın komandasında Jadon Sancho, Antony, Casemiro və Victor Lindelöf üçün uyğun təkliflər alınarsa, yolların ayrılması planlaşdırılır.