Scott McTominayın transferi rəsmən açıqlanıb

Bakı, 30 avqust, Sporaz.tv

İtaliya A Seriyasının təmsilçisi “Napoli” İngiltərə təmsilçisi “Manchester United“in yarımmüdafiəçisi Scott McTominayi transfer etdiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Manchester United” “Napoli” ilə müqavilə imzalayan Scott McTominay üçün vida mesajı yayımlayıb. İngilis klubu tərəfindən edilən açıqlamada, “McTominay klubda hər kəs tərəfindən darıxılcaq. Onu İtaliyada karyerasında yeni səhifəyə başlayarkən ən xoş arzularımızla təbrik edirik. O, Serie A-nın ən yaxşı komandası “Napoli”də keçmiş United komanda yoldaşı Romelu Lukaku ilə yenidən bir araya gələcək və Antonio Contenin rəhbərliyi altında oynayacaq. Uğurlar Scott, gözəl xatirələr üçün təşəkkürlər” deyilir.

Bahar Rüstəm