Scott McTominayın böyük arzusu gerçəkləşir

Bakı, 21 avqust, Sporaz.tv

Adı “Galatasaray“(Qalatasaray)-la da hallanan Scott McTominay üçün “Napoli“nin israrları davam edir. Futbolçunun, İtaliya A Seriyasında oynamaq istəyindən xəbərdar olan İtaliya komandası, Antonio Contenin komandasında çox görmək istədiyi adın transferini tamamlamağa yaxınlaşır.

Transfer dönəmində adı “Galatasaray”la tez-tez hallanan Scott McTominayın “Napoli”yə yaxın olduğu iddia edilib.

“Napoli”, McTominayı heyətinə qatmaqda israrlı davam edir.

Xəbərdə “Fulham”ın iki təklifini rədd edən McTominayın İtaliya A Seriyasında oynamaq arzusunun olduğu da qeyd edilib.

MakTominay üçün tez hərəkətə keçmək istəyən “Napoli”nin futbolçunun vəziyyətini saatbasaat izləyəcəyi bildirilib.

27 yaşlı ingilis futbolçu bu mövsüm “Manchester United“(Mançester Yunayted)-in heyətində 2 rəsmi oyun keçirib.

38 dəqiqə meydanda qalan McTominay, nə qol vura, nə də assist edə bildi.