Scheffler, Woodsun rekorduna ortaq oldu

Bakı, 24 iyun, Sporaz.tv

PGA-da mövsümün 28-ci çempionluğunu Travellersi Scottie Scheffler qazandı. Beləliklə, Scottie Scheffler, qolf əfsanəsi Tiger Woods bir mövsümdə 6 çempionluq qazanma rekorduna ortaq oldu.

PGA turu üzrə mövsümün 28-ci çempionatı Travellers, Kromvelin şəhərində keçirilib. Dünyanın 1 nömrəsi Scottie Scheffler və cənubi koreyalı Tom Kim, dördüncü turun sonunda çempionatı heç-heçə başa vurub.

İki oyunçunun pley-off döyüşü son vuruşa qədər nəfəs kəsdi. Tom Kim son vuruşunu qaçırdıqda, Scottie Scheffler çempionluğunu elan etdi.

3 milyon 600 min dollarlıq mükafatı qazanan Scheffler, bu mövsüm altıncı PGA çempionluğunu qazanıb. Bir mövsümdə 6 PGA çempionluğu qazanmağı isə bu günə kimi yalnız Tiger Woods bacarıb.

Qadınlar PGA çempionatında isə Cənubi Koreyalı qolfçu Amy Yang xoşbəxt sona çatdı. Yang, turnirdə qalib gələn ən yaşlı qolfçu kimi qeydə alınıb.