Santosun yeni ünvanı açıqlanıb

Bakı, 12 iyun, Sporaz.tv

Portuqaliyalı Fernando Santos futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.

Sporaz.tv xəbər verir ki, Azərbaycan Futbol Federasiyasının (AFFA) yaydığı açıqlamada portuqaliyalı çalışdırıcı ilə razılıq əldə olunduğu bildirilib.

Müqavilənin müddəti ilə bağlı açıqlamada heç bir məlumat verilməsə də, Santosun rəqabətədavamlı bir komanda formalaşdıraraq AVRO 2028-in seçmə mərhələsində uğurla çıxış edəcəyi bildirilib.

Fernando Santos sonuncu dəfə Beşiktaşda çalışıb.