“Şans “Bayer Leverkusen”dən yanadır”

Bakı,22 may,Sporaz.tv

Bu sözləri idman eksperti Kənan MəstəliyevAtalanta“-“Bayer Leverkusen” finalını dəyərləndirərkən deyib.

Bu axşam saat 23:00-da “Atalanta”-“Bayer Leverkusen” komandaları Dublində qarşılacaq.

Kənan Məstəliyev Sporaz.tv-yə verdiyi müsahibədə deyib:

“Sözsüz, “Bayer” favoritdi. Xabi Alonsonun rəhbərliyi altında leverkuzenlilər möhtəşəm bir mövsüm keçiriblər və onu daha bir kubokla başa vurmaq, major notda bitirmək istəyirlər. Bu mənəvi üstünlüklə yanaşı komanda həm də yaxşı formadadı, istənilən rəqibə qalib gəlmək gücündədi. “Atalanta”ya gəlincə, berqamolular da yaxşı mövsüm keçiriblər, artıq ÇL-ə vəsiqə qazanacaqları dəqiqləşib. Bəli, rəqibi daha güclüdü, amma təcrübəli mütəxəssis Canpyer Qasperninin kollektivi heç kimdən çəkinmədiyini dəfələrlə sübut edə bilib. “Atalanta” sürətli əks-hücumlar qura bilən, eyni zamanda aqressiv, bol qollu oyun oynaya bilən, nəticəni hücumda axtaran komandadı. Bu, onların şanslarını yüksəldir.

“Bayer”in oyun üslübunu isə biz də yaxşı bilirik, çünki “Qarabağ”la qaşrılaşmalarda görmək, sınamaq şansımız oldu. Azərbaycan təmsilçisi onlar çətinə sala bilirsə, niyə də “Atalanta” bunu edə bilməsin? Maraqlı, qarşılıqlı hücumlar şəraiitndə keçəəck bir matç izləyəcəyik. Şanslara gəlincə, 51/49-a “Bayer”in tərəfindədi”.

Bahar Rüstəm