Bakı, 20 avqust, Sporaz.tv
İngiltərə Premyer Liqa komandalarından olan “Fulham“, “Burnley“dən Sander Bergeni heyətinə qatmağa hazırlaşır. “Fulham”ın bu transfer üçün bonuslar daxil olmaqla 25 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.
“Fulham” yarımmüdafiəçi transferini başa vurmaq üzrədir.
Athleticdəki xəbərdə Fulhamın Burnley ilə razılığa gəldiyi və Sander Bergenin bu gün sağlamlıq müayinəsindən keçəcəyi bildirilib.
“Fulham”in bu transfer üçün ümumilikdə 25 milyon funt sterlinq ödəyəcəyi bildirilib ki, bunun da 5 milyonu bonusdur.
Transfer dövründə “Fulham” daha əvvəl keçmiş oyunçusu Ryan Sessegnonu, həmçinin Jorge Cuenca və Emile Smith Rowe heyətinə qatmışdı.
Sander Berge, ötən mövsüm “Burnley”nin heyətində 40 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bergenin adı transfer dönəmində “Fenerbahçe”da da hallanırdı.