Samuel Kalou klub direktoru vəzifəsinə təyin olunub

Bakı, 21 sentyabr, Sporaz.tv

İngiltərənin “Chelsea“(Çelsi) komandasının və Fil Dişi Sahilinin sabiq hücumçusu Salomon Kalu ölkəsinin təmsilçisi “Qaqnoa” ilə anlaşıab.

Sporaz.”Report”-a istinadən xəbər verir ki, 39 yaşlı keçmiş forvard sözügedən klubda direktor vəzifəsinə təyin olunub.

Karyerasını bərpa edən ön xətt oyunçusu həmçinin bu komandanın heyətində oyunlara da çıxacaq.

Qeyd edək ki, S.Kalou karyerası ərzində Niderlandın “Feyenoord“, İngiltərənin “Chelsea”, Fransanın “Lille“, Almaniyanın “Hertha” və Portuqaliyanın “Botafogo” klublarında forma geyinib. O, Fil Dişi Sahili millisində meydana çıxdığı 97 oyunda 28 qol vurub.

Leave a Reply