“Samsunspor”da ayrılıq

Bakı, 8 iyun, Sporaz.tv

Trendyol Super Liqa komandalarından Yılport Samsunspor yarımmüdafiəçisi Məhəmməd Gümüşkaya ilə yollarını ayırmağa qərar verib.

Sporaz.tv xəbər verir ki, qırmızı-ağ klub 2023-24 mövsümü üçün KVC Westerlo komandasından icarəyə götürdüyü Muhammed Gümüşkaya ilə yollarını ayırdıqlarını açıqlayıb.

Açıqlamada Muhammet Gümüşkaya verdiyi töhfələrə görə təşəkkür edilib və ona karyerasında uğurlar arzulanıb.