“Samsunspor” 4 futbolçusu ilə yollarını ayırıb

Bakı,5 iyun,Sporaz.tv

Trendyol Super Liqa komandalarından Yılport Samsunspor 4 futbolçusu ilə davam etməmək qərarına gəlib.

Sporaz.tv xəbər verir ki, qırmızı-ağ klubdan verilən yazılı açıqlamada, Osman Çelik, Moryke ​​Fofana, Alim Öztürk və qapıçı Yakub Szumsk ilə yolların ayrıldığı bildirilib.

Açıqlamada müqaviləsi bitən 4 futbolçu ilə danışıqların mənfi olduğu qeyd edilib və bu açıqlamalar verilib:

“Hörmətli Osman, Fofana, Alim və Yakub, siz bu çətin yolda ailəmizin bir parçası oldunuz. Şanlı Samsunspor tarixinin unudulmaz dəyərləri kimi hər zaman yaddaşlarda qalacaqsınız. Oyunçularımıza verdikləri tər və zəhmətə görə təşəkkür edirik. İdarə heyətimiz tərəfindən alınan bu qərarın komandamızın gəncləşməsinə kömək edəcəyini ifadə edərək, “Böyük sərmayələr edərək qurduğumuz akademiyadan yetişdiriləcək oyunçuların bizim işimizə qatqı təmin edəcəyinə inanırıq”.