“Şamaxı” “Əl-Yarmouk” klubu ilə qarşılaşacaq

Bakı, 24 iyul, Sporaz.tv

Şamaxı” klubunun təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.

Sporaz.tv“Report”-a istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Küveytin
Əl-Yarmouk” klubu ilə qarşılaşacaq.

Oyun iyulun 26-da, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.