Salih Uçan üçün xoşbəxt son

Bakı, 30 may, Sporaz.tv

Beşiktaş” Salih Uçanla anlaşıb. Təcrübəli futbolçu ilə bir neçə günə rəsmi müqavilə imzalanacaq.

Sporaz.tv xəbər verir ki, Salih Uçanla görüşdə “Beşiktaş” rəhbərləri bütün şərtləri razılaşdırıb və əl sıxıblar.

Müqavilənin təfərrüatları imzalar imzalandıqdan bir-iki gün sonra elan ediləcək.

“Ağ-qaralar” klubunun vitse-prezidenti Mete Vardar açıqlamasında “Yeni mövsümün ilk müqaviləsini Salehlə bağladıq. Hər iki tərəfə xeyirli olsun”.

Salih Uçan “Beşiktaş”da 2,5 mövsüm oynayıb və bütün yarışlarda 85 matçda 8 qol vurub. Saleh 2021-2022 mövsümünün ikinci yarısında RAMS Başakşehirdə icarə əsasında çıxış edib.

Vüqar ALIŞOV