Salih Uçan “Matçın adamı” seçildi

Bakı,24 may,Sporaz.tv

Beşiktaş” “Trabzonspor”u 3-2 hesabı ilə məğlub edərək Ziraat Türkiyə Kubokunun qalibi olduğu halda, “ağ-qaralar”ın yarımmüdafiəçisi Salih Uçan “matç adamı” olub.

Sporaz.tv xəbər verir ki, Ziraat Türkiyə Kubokunun final matçında “Trabzonspor”u 3:2 hesabı ilə məğlub edən Beşiktaş çempion olub, “Matçın adamı” mükafatı isə Salih Uçana verilib.

54-cü dəqiqədə Mulekanın cərimə qövsünün soluna yaxın xəttdən ötürməsini Salih Uçan altı metrlik meydançanın arxasından başla vuraraq komandasının ikinci qolunu vurdu.

Qarşılaşmaya ilk 11-də başlayan Salih 90 dəqiqə meydanda qalıb.

Bahar Rüstəm