Salih Özcanla danışıqlar başladı

Bakı, 27 avqust, Sporaz.tv

Borussia Dortmund“dan ayrılmaq qərarına gələn Salih Özcan karyerasında yeni səhifə açmağa hazırlaşır. Türkiyə komandalarında da adı hallanan Salih Özcanın transferi üçün danışıqlara start verilib.

Sporaz.tv xəbər verir ki, yay transfer dönəmində türk klublarının gündəmində olan Salih Özcan “Borussia Dortmund”dan ayrılmaq qərarına gəlib.

Salih Özcanın “Borussia Dortmund”dan ayrılması avqustun sonunda bağlanacaq transfer pəncərəsindən əvvəl gözlənildiyi halda, “Hannover” futbolçunun qərarını dəyərləndirən ilk komanda oldu.

Almaniyanın Sky Sport-un xəbərinə görə, Salih Özcanın “Hannover”ə transferi mümkün deyil.

26 yaşlı milli futbolçu üçün daha ciddi cəhdlər edən komandanın “Wolfsburg” olduğu bildirilirdi.

Salih Özcanın transfer pəncərəsi tamamlanmadan “Borussia Dortmund”dan ayrılacağı bir daha vurğulanıb.

“Borussia Dortmund” daha 2 illik müqaviləsi olan Salih Özcanı 2022-23 mövsümünün əvvəlində “Köln”dən 5 milyon avroya imzalayıb.

Bahar Rüstəm