“Salah dünya səviyyəsində futbolçu deyil”

Bakı, 20 aprel, Sporaz.tv

Nigeriyalı futbolçu Yakubu Aiyegbeni Mohamed Salah haqqında fikirlərini bildirib.

Aiyegbeni “Mənə görə Salah dünya səviyyəsində futbolçu deyil. Topla birlikdə yaxşı futbolçu deyil və vurduğu qolların çoxu şansla vurulan qollardır. Mohamed Salahın Premyer Liqa tarixinin ən yaxşı afrikalı futbolçusu olduğunu deyə bilməzsiz. Bu mövzuda Sadio Mane, Yaya Toure və ya Didier Drogbanın adını xatırlaya bilərsiniz.” sözlərindən istifadə edib.

Xatırladaq ki, Salah İngiltərənin “Liverpool” futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar misirli futbolçusudur. Salah peşəkar futbol kariyerasına 2010-cu ildən başlayıb.

Dinarə Ağayeva