Sakaryasporun Super Liqa həsrəti 17 mövsümə qədər uzandı

Bakı,31 may,Sporaz.tv

Trendyol 1-ci Liqanın pley-off finalında Bodrum FK-ya 3-1 uduzan Sakaryasporun Super Liqa həsrəti 17 mövsümə yüksəldi.

Baş məşqçi Taner Taşkının rəhbərliyi altında mövsümə başlayan “Sakaryaspor” ilk 4 həftədə 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət nəticəsində 5 xal toplayıb.

Taşkınla yollarını ayıran Sakarya təmsilçisi 5-ci həftədə komandanı Tuncay Şanlıya həvalə edib. Şanlının rəhbərliyi altında 29 matça çıxan “Sakaryaspor” meydandan 15 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.

Liqanın 32-ci həftəsində səfərdə Bitexen Giresunsporu son dəqiqə qolu ilə 3-2 məğlub edərək 3-cü pilləyə yüksələn yaşıl-qaralar, evdə “Tuzlaspor“a 2-0 uduzduqdan sonra baş məşqçi Şanlı ilə yollarını ayırıb. 33-cü həftə.

Sakarya komandası liqanın son həftəsində komandanın başına gətirilən Coşqun Dəmirbakanın rəhbərliyi altında normal mövsümdə oynadığı yeganə matçda səfərdə “Kocaelispor“u 2:0 hesabı ilə məğlub edib.

Trendyol 1-ci Liqasını 60 xalla 3-cü pillədə başa vuran Sakarya təmsilçisi pley-off finalında oynamaq hüququ qazanıb.

Yaşıl-qaralar normal vaxtın 1-1 bitdiyi finalda Bodrum FK-ya əlavə vaxtda 3-1 uduzaraq Super Liqanın qapısından qayıtdı.