Sadio Manenin həyat hekayəsi

Sadio Mane 10 aprel 1992-ci ildə balaca bir kənd olan Bambalidə dünyaya gəldi. Senaqal xalqınının 100/92-si müsəlmandır. Sadionun atasıda təxmini 25 000 adamın yaşadığı Bambali kəndinin axundu idi.

Sadio kəndindəki yoxsulluğu izah etmək üçün bu sözlərdən istifadə edirdi: “Bambalidə insanların pul qazanmaq üçün imkanları çox azdır.Kənddə məktəb və məsciddən başqa heç nə yoxdur. Yəni, din adamı və müəllim deyilsəniz, fermersinizdir. Bu da bütün gün bağda, sahədə işləmək demədir. Yenə də, kənd xalqı sahib olduqları hər şeyi bir-birləri ilə bölüşən, yardım sevər insanlardı. Paylaşacaq çox az şeyləri olsa belə…”.

Sadio gəzməyə başladığı gündən etibarən, küçələrdə futbol oynayan usaqlara qoşulmuşdu. Ailəsi ilk başlarda bunu düzgün qarşılmadı. Çünki, bütün günü top ardınca qaçmaq, inancları ilə tam da üst-üstə düşmürdü. Sadionun məktəbdən sonra artıq qalan vaxtlarında futbolla vaxt itirməyindənsə, dərslərinə və dininə zaman ayırmasını istəyirdilər.

Sadio 7 yaşında olarkən, yenə top ardınca qaçan zaman qohumlarından biri onun yanına gelərək pis bir xəbər verdi: “Atan, Sadio, onu itirdik”.

“Zarafat edir deyə düşünmüşdüm”- dedi Sadio Mane. “Zənn edirəm ki, həqiqətən nə olduğunu anlayacaq yaşda deyildim. Atamı bir daha görməyəcəyimi dərk etmək, uzun zamanımı aldı”.

Atasının gözlənilməyən ölüm səbəbindən, Sadioya əmisi baxmağa başlamışdı. Əmisinə görə, Sadio futbola aşiq bir uşaq idi. Bütün gün daşları, boş qutuları top niyyətinə təpikləyirdi. Düşündüyü tək şey futbol idi.

Bir az daha böyüyəndən sonra, əmisi onu hər səhər 7- də oyandırıb, ona kömək etməsi üçün sahəyə götürməyə başladı. O günlərədən birində Sadio ilə arasında keçən dialoqu belə danışdı:

“Gözlərini ovuşdura-ovuşdura mənə dediki, bir gün sahədə işləmək məcburiyyətində qalmayacaqsan. Futbolçu olub, çox pul qazanmağa başlayanda. Ona az danış, və geyin deyə cavab verdim. Futbolçu olacaqmış. Daha nələr”.

Sadəcə əmisinin deyil, bütün ailəsinin tək fikri bu idi. Bambalidə doğulub, futbolçu ola bilməzsən. Bu imkansızdır.

Sadio isə həmişə” Mən futbolçu olacam. Buna əminəm.Sadəcə bunu necə edəcəyimi bilmirəm. Tək bildiyim şey vaxtı gələndə Bambalidən ayrılmalı olduğum idi”- deyərdi.

Sadio böyüdükcə, Bambalidən ayrılıb futbolçu olmaq arzusuda böyümüşdü.

“İnsanlar Dakar adlı bir yerdən bəhs edirdilər. Ancaq Dakar adını eşidirdim. Dakar, Dakar. Bir müddət sonra Dakarın ölkənin ən böyük şəhəri olduğunu öyrəndim və dedimki bir gedib baxım görək nə varmış bu Dakarda”.

Bu firkini ən yaxın dostlarından biri olan Lupla paylaşdı və Dakara necə gedəcəyini soruşdu. Lup ona səhər 6 -da Dakara yola çıxan bir avtobusun olduğunu dedi. Bambalidən Dakara gedən ən qısa yol təxmini 400 km uzaqlıqda idi və arada başqa bir ölkə var idi. Dakara çatmaq üçün Gambia sərhəddindəki yoxlanış nöqtəsindən keçmək məcburiyyətində idi.

Amma ki, 15 yaşı olan Sadionun doğum şəhadətnaməsi belə yox idi…

Mane, uşaq vaxtı özünə verdiyi sözü tutdu və dünyanın nəhəng komandalarında çıxış etdi. Hal hazırda isə “Al-Nassr”-in formasını geyinir.

Bahar Rüstəm