Sadio Mane haqqında həqiqət

Bakı, 19 sentyabr, Sporaz.tv

Transfer dönəmində adı tez-tez “Beşiktaş“la hallanan Sadio Manenin baha başa gəldiyi üçün “ağ-qaralar”a keçə bilmədiyi bildirilib.

Sporaz.tv verir ki, Transfer dövründə Ciro Immobile, Rafa Silva, Joao Mario kimi ulduz adları heyətinə qatan “Beşiktaş”ın Sadio Mane ilə maraqlandığı da bildirilib. “Al-Nassr” forması geyinən futbolçunun “qara-ağlar”a transferinin niyə baş tutmadığı ilə bağlı yeni iddia ortaya atılıb.

“Beşiktaş”-“Al Nassr”da illik gəliri 40 milyon avro olan Mane üçün icarə haqqı tələb etməyib.

Səudiyyə Ərəbistanı komandası ağ-qaralardan maaşın 30 milyon avrosunu qarşılamağı xahiş edib.

Manenin “Beşiktaş”da oynamağa razılıq versə də, bu astronomik rəqəmə görə transferin baş tutmadığı bildirilib.

Mane bu mövsüm “Al Nassr”ın heyətində 6 oyun keçirib. 32 yaşlı futbolçu bu matçlarda 517 dəqiqə meydanda olub və 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm

Leave a Reply