Sacha Boey “Bayern Munich”i tərk edəcəkmi?

Bakı,21 may,Sporaz.tv

Galatasaray“dan “Bayern Munich“ya rekord məbləğdə transfer edilən, lakin zədələri sağalsa da, heyətə düşməkdə çətinlik çəkən Sacha Boey karyera planlaması ilə bağlı mühüm qərar verib.

Sporaz.tv xəbər verir ki, Aralıq transfer dövründə 30 milyon avro ödəyərək “Bayern Munich”in heyətinə qatılan Sacha Boey alman nəhənginin heyətinə qatmaqda çətinlik çəksə də, ayrılmaq fikrində deyil.
“Bayern Munich”ə keçidindən qısa müddət sonra zədələnən və bu yaxınlarda sağlamlığını bərpa edən Boey indi bütün diqqətini yeni mövsümdə 100 faiz formada saxlamağa yönəldib.


Almaniya klubu ilə 2028-ci ilə qədər müqaviləsi olan fransalı sağ cinah müdafiəçisinin “Bayern Munich”dən ayrılmaq istəmədiyi və özünü sübut etməyi hədəflədiyi bildirilib.
Boey transferindən sonra ilk iki matçda oynadı, lakin zədəsi səbəbindən keçən fevraldan meydandan uzaq idi.


Zədəsini sağaldan 21 yaşlı futbolçu son 3 matçın ikisində texniki komitənin qərarı ilə, birində isə xüsusi məzuniyyətdə olduğu üçün heyətə daxil edilməyib.
“Bayern Munich”nın heyətində 2 matçda meydana çıxan Sacha Boey 109 dəqiqə meydana çıxa bilib.

Bahar Rüstəm