Sabah UEFA Avropa Liqasının çempionu müəyyənləşəcək

Bakı,21 may,Sporaz.tv

İrlandiyanın paytaxtı Dublində oynanacaq finalda bu mövsüm 51 oyundur bütün yarışmalarda məğlubiyyətsiz qalaraq rekord qıran Almaniyanın “Bayer Leverkusen” komandası ilə İtaliyanın Atalanta komandaları turnirin 53-cü çempionu olmaq üçün mübarizə aparacaq.

Sporaz.tv xəbər verir ki, UEFA kubokunu qazanan yeganə türk klubu olan “Galatasaray”(Qalatasaray) bu uğura 1999-2000-ci il mövsümündə nail olub.

1971-ci ildən təşkil olunan UEFA Kubokunda İspaniya daha əvvəl 19 komanda ilə finalda təmsil olunub və 14 dəfə çempion olub.

İngilislər və italyanlar hərəyə 17 komanda ilə qatıldıqları finalda 9 dəfə çempion olublar.

Vüqar ALIŞOV