Bakı, 4 avqust, Sporaz.tv
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün I turunda daha bir görüş keçirilib.
Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, “Şamaxı” klubu Masazırda “Sabah”ın qonağı olub.
Görüşdə 4 qol vurulmasına baxmayaraq, qalib müəyyənləşməyib – 2:2.
Meydan sahiblərinin heyətində Namik Ələskərov (16) və Xəyal Əliyev (32) fərqlənib. “Şamaxı” komandasından isə Rüfət Abbasov (44) və Belajdi Pusi (52) rəqib qapısına yol tapıb.
Qeyd edək ki, I tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Səbail” matçı ilə yekun vurulacaq.