”Sabah” səfərdən məğlubiyyətlə qayıdır

Bakı, 9 avqust, Sporaz.tv

Sabah” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Sporaz.tv AZƏRTAC -a istinadən xəbər verir ki, “tələbələr” səfərdə Сент-Патрикс Атлетик (Sent Patriks Atletik)-lə (İrlandiya) üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.