“Sabah”-“Maccabi” matçına neçə bilet satılıb?

Bakı, 29 iyul, Sporaz.tv

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Maccabi” (Hayfa, İsrail) qarşılaşmasına bilet satışı davam edir.

Sporaz.tv xəbər verir ki,, avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq oyuna satılan bilet sayı bugünə 2500-dü. 

Komandanın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

“Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində bilet satışına qarşıdakı günlərdə başlanılması nəzərdə tutulub. Biletlərin qiymətləri yerlərə görə 2-10 manat aralığında dəyişir.