Bakı, 5 avqust, Sporaz.tv
“Sabah” komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Sporaz.tv-nin məlumatına görə, Bakı klubu III təsnifat mərhələsində İrlandiya təmsilçisi “Sent-Patriks”i mübarizədən kənarlaşdırsa, “Saburtalo” (Gürcüstan) – “Başakşehir” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.
Mənbə: Report