“Sabah” klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb

Bakı, 1 avqust , Sporaz.tv

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” – “Maccabi“(Makkabi, Hayfa, İsrail) ilə qarşılaşıb.

Sporaz.tv xəbər verir ki, Bakıdakı “Bank Respublika Arena”da baş tutan məhsuldar görüş qonaq komandanın 6:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabər olub və qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb. Burada da qalib tərəf bəlli olmadığından qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:2) “Sabah” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

“Sabah”ın III mərhələdəki rəqibi “Sent Patriks Atletik” (İrlandiya)-“Vaduts” (Lixtenşteyn) cütünün qalibi olacaq. İlk görüşdə İrlandiya təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.