“Sabah” klubu FIBA Avropa Kubokunda növbəti matçına çıxıb

Bakı, 7 noyabr, Sporaz.tv

Sabah” basketbol klubu FIBA Avropa Kubokunda növbəti matçını keçirib.

Sporaz.tv xəbər verir ki, Rimas Kurtinaytisin çalışdırdığı kollektiv G qrupunda Yunanıstanın “Marussi” klubu ilə qarşılaşıb.

Marussi şəhərindəki “Maroussi Saint Thomas Indoor Hall”da baş tutan qarşılaşma təmsilçimizin 71:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Sabah” evdə “Marussi”yə 70:82 hesabı ilə məğlub olub. Eyni zamanda, Azərbaycan klubu qrupda keçirdiyi digər oyunlarda Belçikanın “Spiru” klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi “Norrçepinq Dolfins”ə isə 70:74 hesabı ilə məğlub olub.

Leave a Reply