Bakı, 1 oktyabr, Sporaz.tv
Almaniya Futbol Federasiyası, “Stuttgart“-da çıxış edən Atakan Karazorun göstərdiyi qırmızı vərəqədə hakim xətası aşkarlandığını və kartın ləğv edildiyini açıqlayıb.
Sporaz.tv məlumat verir ki, Bundesliqanın 5-ci həftəsində keçirilən “Wolfsburg“-“Stuttgart” matçında Atakan Karazor 63-cü dəqiqədə qırmızı vərəqə alıb.
Matçın baş hakimi Sven Jablonski, ikinci sarı vərəqədən sonra Atakan Karazorun mövqeyində kobudluq etdiyini əsas gətirərək qırmızı vərəqə göstərib. Lakin “Wolfsburg”-un futbolçusu Maximilian Arnoldun kobud vəziyyətdə Atakan Karazorun ayağına basması ekrana əks olunub.
“Stuttgart” matçı 10 futbolçu ilə başa vurub və qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Hakim Atakan Karazor ikinci sarı vərəqədən sonra qırmızı vərəqə göstərdiyi üçün VAR qərara müdaxilə edə bilməyib. Sven Jablonski, 27 yaşlı futbolçuya birbaşa qırmızı vərəqə göstərsəydi, VAR-ın müdaxilə etmək şansı olardı.
Almaniya Futbol Federasiyasından verilən açıqlamada Atakan Karazora göstərilən qırmızı vərəqədə hakim səhvinin aşkarlandığı bildirilib. Bu səbəbdən qırmızı vərəqə ləğv edilsə də, ilk sarı vərəqənin qüvvədə qaldığı bildirilib.