“Səfərdə heç-heçə pis nəticə deyil”

Bakı, 29 sentyabr, Sporaz.tv

Misli Premyer Liqasının VIII turunda “Sumqayıt” səfərdə “Neftçi”nin qonağı oldu. 1-1 hesabı ilə bitən qarşılaşmadan sonra “Sumqayıt”ın üzvü Elvin Bədəlovun sporaz.tv-ə açıqlaması belə oldu:

Oyun haqqında düşüncələriniz nələrdir?
-Ümumiyyətlə çətin oyun keçdi. Əslində belə oyun olacağını gözləyirdik, çünki həm “Neftçi” və həm biz qara zolaqda idik. Məncə yaxşı oynadıq. Qələbəyə layiq idik, sadəcə səhvimizdən qol buraxdıq. Amma buna da şükür olsun, səfərdə heç-heçə pis nəticə deyil.
Yeni mövsüm başlayanda çox yaxşı başladız, amma sonra ardıcıl matç itirdiz. Bu düşüşün səbəbini nədə görürsüz?
-Komandanın demək olar ki, 50 faizi yeniləndi, yeni oyunçuların uyğunlaşma prosesi hələ də gedir. Ona görə də bəlkə, bəzi oyunlarda yaxşı çıxış etmədik. Günahkar özümüzük, komanda nə qədər dəyişsə də, oynayan biz futbolçularıq. Bəzi çatışmamazlıqlar var. Onların üzərində çalışırıq. Çətindi, amma komandanın vəziyyətinin düzəlməsi üçün lazımdır. Düşünürəm ki, bu turdan sonra, bizə inam da gələcək, irəlidəki oyunlarda daha yaxşı nəticələr əldə edəcik.
“Qarabağ”la oyun haqqında nə düşünürsüz?
-“Qarabağ” bizim çempionumuzdu. Amma biz evdə oynayırıq. Keçən mövsüm də son qələbəni onların üzərində qazandıq. Futbolda hər şey mümkündür. Hazırlaşacıq, inanırıq özümüzə, xallar yığa bilərik.

Bahar Rüstəm

Leave a Reply